Hansı mallar bahalaşıb? - SİYAHI

img

05-03-2015 [15:40]


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bu gün bildirib ki, təmsil etdiyi nazirlik hazırda manatın məzənnəsinin dəyişdirilməsinin ölkənin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirlərinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Onun sözlərinə görə, bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, supermarketlərdə və xırda ticarət obyektlərində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb.


"Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir”-deyə nazir müavini bəyan edib.

Bəs Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları hansılardır, doğrudanmı həmin malların qiyməti son günlər dəyişməyib, bahalaşma olmayıb:

Modern.az saytının məlumatına görə, Baş nazir Artur Rasizadənin minimum istehlak səbətinin tərkibi ilə bağlı imzaladığı sonuncu qərar 2015-ci il yanvarın 1-dən qüvvəyə minib. Sözügedən qərarla Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də xidmətlərin siyahısı müəyənləşib.


Qeyd edək ki, Azərbaycanda 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat, əmək qabiliyyətli əhali üçün 140 manat, pensiyaçılar üçün 108 manat, uşaqlar üçün 108 manat məbləğində müəyyən edilib.

Modern.az saytı Azərbaycan Respublikasının əhalisi üçün minimum istehlak səbətinin tərkibi nə daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının siyahısını diqqətinizə çatdırır. Siyahıya baxıb adı qeyd olunan məhsulun bahalaşıb-bahalaşmadığını özünüz müəyyən edin.

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi

1. Ərzaq məhsulları (kq-la illik)

Sıra

№-si

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Çörək və çörək məhsulları (una çevirməklə)

136.8

107.9

100.5

2.

Kartof

54.8

40.2

42.0

3.

Tərəvəz və bostan məhsulları

97.2

85.2

100.7

4.

Meyvə və giləmeyvə

38.0

32.0

76.0

5.

Ət və ət məhsulları

32.9

25.6

29.6

6.

Süd və süd məhsulları (südə çevirməklə)

223.6

233.8

258.6

7.

Balıq və balıq məhsulları

7.7

6.8

8.0

8.

Yumurta (ədəd)

150

100

183

9.

Şəkər və qənnadı məmulatları

16.9

15.8

19.7

10.

Bitki yağı, marqarin və digər piylər

10.9

8.4

7.0

11.

Kərə yağı

7.0

5.8

6.0

12.

Digər məhsullar

4.7

3.3

4.0

2. Qeyri-ərzaq malları

Sıra

№-si

Ölçü vahidi/

aşınma müddəti

Əmək qabiliyyətli əhali

Pensiyaçılar

Uşaqlar

0-15 yaş

1.

Palto tipli üst geyimləri qrupu

ədəd/il

3/8

3/9

3/2.6

2.

Kostyum tipli üst geyimləri

ədəd/il

9/4.2

8/4.8

12/2

3.

Alt geyimləri

ədəd/il

9/2.5

9/2.7

12/2

4.

Corab məmulatları

cüt/il

7/1.5

4.5/2

6/1.3

5.

Baş geyimləri və xırdavat məmulatları

ədəd/il

4/5

3/6.4

4/3

6.

Ayaqqabı

cüt/il

6/3.5

5/3.5

6/1.3

7.

Məktəb-yazı ləvazimatları

ədəd/il

3/1

3/1

41/1

8.

Yataq ləvazimatları

ədəd/il

11/7.1

11/7.1

11/7.1

9.

Mədəni məişət və təsərrüfat malları

ədəd/il

14/10.2

14/10.2

14/10.2

10.

İlkin tələbat və sanitariya əşyaları, dərmanlar

bir ayda qeyri-ərzaq mallarına sərf olunan xərclərə görə faizlə

10

10

10

3.Xidmətlər

Sıra

№-si

Xidmətlərin adı

Ölçü vahidi

İstehlakın həcmi (orta hesabla adambaşına bir ildə)

əmək qabiliyyətli əhali

pensiyaçılar

uşaqlar 0-15 yaş

1.

Mənzil

ümumi sahə kv.m

12

12

12

2.

Mənzillərin qızdırılması

ümumi sahə kv.m

12

12

12

3.

İsti və soyuq su təchizatı

ayda m3

5

5

5

4.

Kanalizasiya

ayda m3

5

5

5

5.

Qaz təchizatı

ayda m3

21

21

21

6.

Enerji təchizatı

ayda kVt/s

50

50

50

7.

Nəqliyyat xidmətləri

bir ildə gediş

692

365

406

8.

Rabitə*

aylıq tarif

-

-

-

9.

İnternet xidmətləri**

aylıq tarif

-

-

-

10.

Digər xidmətlər

bir ayda xidmət-lərə sərf olunan ümumi xərcə görə faizlə

15

15

15

* Azərbaycan Respublikasında aylıq tariflərin müxtəlifliyini nəzərə alaraq, orta hesabla adambaşına düşən rabitə haqqı ölkə üzrə ayda 1 ailə üçün mövcud abunə haqqının orta ailənin sayına bölünməsi ilə müəyyən edilir.

**İnternet xidmətlərindən istifadə haqqı 1 ailə üçün gündə 1 saat götürülməklə müəyyənləşdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR