Elmlər Akademiyasında 4 yeni təyinat olub

img

05-03-2015 [15:37]


Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinə yeni təyinatlar olub.
Modern.az-ın məlumatına görə, texnika üzrə fəlsəfə doktoru Dilquşa MirzəyevaAMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin Kadrlar şöbəsinin rəisi vəzifəsinə təsdiq edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli iclasında qəbul edilib.

Rəyasət Heyətinin digər qərarları ilə Svetlana Kərimova həmin şöbənin rəis müavini,Anar Əliyev isə Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəis müavini vəzifələrinə təsdiq ediliblər.

Nərgiz Qəhrəmanova isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR