Azərbaycanlı kriminal oğru ilə bağlı yeni xəbər

img

05-03-2015 [13:33]


Rusiya saxlanılan azərbaycanlı avtoritet İlham Osmanovla bağlı bəzi məqamlar üzə çıxıb. 

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Çelyabinskin kriminal vəziyyətinə nəzarət edən kriminal avtoritet dələduzluqda ittiham edilir. 

Belə ki, o 11,2 milyon rubl və "Volkswagen Passat" maşınını yerli iş adamının əlindən almağa cəhd edib. Pulu verən şəxs sonradan kömək üçün polisə müraciət edib. 

Polis müəyyən edib ki, fevral ayının 17-də Engels küçəsindəki kafedə 3 kişi bir nəfəri hədələyərək ondan 11,2 milyon rubl (təqribən 189 min manat) və maşının sənədlərini tələb ediblər. 

Hadisə ilə bağlı şübhəli şəxs qismində 28 yaşlı yerli sakin və 36 yaşlı Azərbaycan vətəndaşı İ.Osmanov saxlanılıb. Axtarış zamanı onların üzərindən səsboğucu olan tapanca, patronlar aşkarlanıb. 

Onlar barəsində cinayət işi açılıb. İndi üçüncü şübhəlinin də saxlanması üşün əməliyyat başlayıb. Əgər onların barəsində irəli sürülən ittiham təsdiqlənsə saxlanılan şəxslər 15 ilə kimi azadlıqlarını itirə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR