GDU-da rüsvayçı olaylar - Rektorun mətbuat katibi Azərbaycan təhsilini darmadağın etdi - FAKT

img

05-03-2015 [11:29]



Gəncə Dövlət Universitetində çox qəribə hadisələr baş verir. Sözügedən universitetdən Mia.az  hər gün 2-3 anonim şikayət məktubu daxil olur. Bu gün isə həmin anonim daxil olan məktublardan biri xüsusi diqqəti çəkib.

Həmin məktubda rektor Yusif Yusiifovun Türkiyədə keçirdiyi məzuniyyəti nədən yarımmıq saxlamasından tutmuş,  rektorun yaxın ətrafı statusunda olan birinin (adı yazılıb- Mia.az) tələbə zorlamaq üstündə keçən məhbəs həyatı kimi ilginc iddialara toxulub. Digər bir məkktubda isə GDU-nun mətbuat katibi Maqbet Əhmədovun  "Feysbuk” səhifəsində paylaşdığı və Azərbaycan təhsilində baş verən eybəcərliyi əks etdirən şeirləri göndərilib. 

Mia.az maraqlı olacağını nəzərə alaraq, M.Əhmədovun həmin şeirlərin bir neçəsini təqdim edir:

RƏHBƏRLİYİN ŞİKAYƏTÇİ TƏLƏBƏYƏ NƏSİHƏTİ

Bir buna bax, buna bax, söz deyirsən öc gedir, 

Yoxsa bunun beyninə bəzi sözlər gec gedir, 

Yığıb beş-on nəfəri, biz deyənə kəc gedir, 

Hər nə desən səbrimiz sona yetməz, ay bala, 

Adam başından yekə qələt etməz, ay bala. 

Pul deyirlər, əl çirki, ver, təmiz olsun əlin, 

Ləzzəti də fısqırıq, uzundan uzun dilin, 

Belə olmaz imtahan, eşidin,” hazır” gəlin, 

Ağlı olan dinc durar, küyə getməz, ay bala,

 Adam başından yekə qələt etməz, ay bala. 

Oxuyubsan dərsini? Babana rəhmət sənin, 

Oxuyubsan özünçün, çəkdiyin zəhmət sənin, 

Minnəti qoy dədənə, bir yağlı töhmət sənin, 

Qiymət ağac kimidir, susuz bitməz, ay bala, 

Adam başından yekə qələt etməz, ay bala.

Kömpyüter maşallah, səhv yazan da beş alır, 

Bir boylan yan-yörənə, hamı necə ayılır, 

Pul verib qiymət almaq ən yaxşı yol sayılır, 

Sən də eylə yaxşılıq, vallah itməz, ay bala,

 Adam başından yekə qələt etməz, ay bala.

***

AY CAN, AY CAN 

Bu testi çıxardanın... rahat-hülqum, vay dədə, 

Qiymət alıb qurdular özgə cürə vay, dədə, 

Yarı etdik yazılı, yığ pulları say, dədə, 

Get tələbə, di hoppan, hop etdin, ay can, ay can, 

Daha bəsin deyilmi, gop etdin, ay can, ay can?

Sualları verirdik, oxuyur, hazırdılar, 

Hansı sual düşsə də cavabı yazırdılar, 

Nə planlar qururduq, xətt çəkib, cızırdılar, 

Suallar ləğv olundu, kef-damaq ay can, ay can, 

Tələbənin cibinə gəl cumaq, ay can, ay can. 

Nə borcuma, kasıbdır, təhsil haqqı verənmir, 

Dədəsi dörd fırlanır, rahat yuxu görənmir, 

Niyə balıq istəyir, əgər suya girənmir? 

Pul almaqda kim tapar tayımı, ay can, ay can,

 İndi bəri sürüşdür payımı, ay can, ay can. 

GDU deyil, dəryadır, xəzinədə dağdı dağ, 

Tələbə süd mənbəyi, qoy sərnici, sağ ki, sağ, 

"Əla” almaq istəyən bir yüzlükdür, cağbacağ, 

Kim deyir bizdə tamah baş yarar, ay can, ay can, 

Sussa əgər tələbə , daş yarar, ay can, ay can.






Digər xəbərlər
SON XƏBƏRLƏR