Artur Rasi-zadə daha bir qərar verdi - narkomanlarla bağlı yeni qayda

img

05-03-2015 [10:20]


"Xroniki alkoqoliklərin və narkomanların ixtisaslaşdırılmış tibb müəssisələrində saxlanması rejimi, normativləri və müalicəsi haqqında Əsasnamə”də dəyişiklik edilib. 

Bu barədə baş nazir Artur Rasizadə qərar verib.

Qərarla müəyyən edilib ki, narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda və ya narkomanlıq xəstəliyindən müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda, məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər(Lent.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR