Elman Rüstəmovun qızının geyimləri (VİDEO,FOTO)

img

04-03-2015 [10:08]


Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı Avropada tanınmağı bacarmış azərbaycanlı modelyerdir. 

Xatırladaq ki,  Günel Rüstəmova orta təhsilini Bakıda, ali təhsilini isə Böyük Britaniyada alıb. O, əvvəlcə London Kollecində modelyerlik üzrə təhsil alıb, daha sonra İngiltərədə nüfuzlu təhsil ocağı sayılan "Central Saint Martins”i incəsənət və moda sənayesi ixtisası üzrə bitirib, yüksək dərəcəli dizayner diplomuna sahiblənib.

G.Rüstəmova hazırda Avropada tanınmış modelyerlərdən biridir. 10 ildən çoxdur Londonda yaşayan azərbaycanlı modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. Londonda, Parisdə onun kolleksiyalarının nümayişi üçün yüksək səviyyəli dəb şouları keçirlib. 

G.Rüstəmova Yəmən şahzadələri daxil olmaqla, bir çox Avropa və Asiya ölkələrindən olan yüksək rütbəli məmur ailələrinin geyimlərinin modellərinin müəllifidir. Günel Rüstəmova modelyer olmaqla yanaşı, həm də rəssam kimi fəaliyyət göstərir.

Elman Rüstəmovun qızı Günel Rüstəmova "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə evlidir. 

Günel Rüstəmova 2005-ci ilin mayında Londonda "Gyunel Limited” şirkətini qurub. Cuma Əhmədzadə (1979-cu il təvəllüdlü) ilə evləndikdən sonra adıçəkilən şirkəti ərinə həvalə edir. Günel xanım özü isə hazırda ərinin rəhbərlik etdiyi "Gyunel Limited” şirkətinin katibi vəzifəsində çalışır(Ans).








































Digər xəbərlər
SON XƏBƏRLƏR