Müdafiə nazirindən yeni qərar; Azərbaycan ordusunda yenilik

img

03-03-2015 [20:30]


Azərbaycan Silahlı Qüvvələrində papaqsız (başıaçıq) hərbi salamlaşmağa icazə verilib.

Mia.az-ın məlumatına görə, bu barədə "AzeriDefence.com” saytına hərbi mənbələrdən xəbər verilib.

Məlumata görə, sıra duruşunda və papaq tutuşu və yerişdə salam verərkən sıra addımı ilə yerimək ləğv olunub. "Azad” vəziyyəti buna qədər mərasimlərdə tətbiq olunan "azad” vəziyyəti ilə əvəz olunub. Yəni həm "azad”, həm də "mərasim azad” vəziyyətində əllər arxada olur.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müdafiə nazirinin 24 dekabr 2014-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş Sıra Nizamnaməsinə əsasən əsgəri salamlaşmanı başıaçıq da verməyə icazə verilir.

"Nizamnamədə sıradan kənarda yerində vəziyyətində və hərəkətdə başıaçıq olarkən əsgəri salamlaşma ümumi qaydada, yəni sağ əlin orta barmağının ucunu sağ qaşın sağ ucuna yaxınlaşdırmaq, barmaqlar bir yerdə, ovuc düz, dirsək çiyin səviyyəsində olmaqla verilir”, - deyə Nazirlikdən aydınlıq gətirilib.

Qeyd edək ki, NATO ölkələrinin orduları da daxil olmaqla, dünyanın əksər ölkələrində papaqsız hərbi salamlaşma mövcuddur.

Məlumat üçün bildirək ki, bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrində hərbi salamlaşma üçün papaq və kəmərin olması şərt idi. General-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunduqdan az sonra kəmər ləğv olunub (yalnız xidmət zamanı taxılır).


Digər xəbərlər
SON XƏBƏRLƏR