Azərbaycanda məşhur qadının oğlu dəlixanadan qaçdı

img

03-03-2015 [17:13]


Bakının Maştağa qəsəbəsindəki 1 saylı Ruhi-Əsəb Dispanserindən bir neçə xəstə qaçıb. 

Bu gecə orada müalicə alan 4 xəstə dispanserin 9 saylı psixiatriya şöbəsini müəmmalı şəkildə tərk ediblər.

Ciddi şəkildə mühafizə olunan şöbədən xəstələrin necə qaçması maraq doğurur. Qaçanlardan biri Əsgər Anaları İctimai Birliyinin sədri Taisiya Qordeyevanın oğlu Leoniddir. 

Onu da əlavə edək ki, bu kimi hadisə 2014-cü ildə 3 dəfə təkrarlanıb(Milli.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR