Tikintidə dələduzluq: MTK-larda manatla olan ödənişi dollara dəyişiblər

img

03-03-2015 [16:29]


Manatın qəfil devalvasiyası səbəbindən tikinti materiallarının  bahalaşması paytaxtda mənzil tikintisində də yeni problemlər yaradıb. 

Onsuz da vətəndaşları kifayət qədər narazı salan, hətta bir mənzili bir neçə şəxsə sataraq, fırıldaqçılıqla məşğul olan bir sıra Mənzil Tikinti Kooperativlərinin (MTK) cəzalandırılmasına baxmayaraq, bu sektordakı süi-istifadə halları davam edir. 

Bu barədə adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, bəzi MTK-lar bahalaşma xəbərini eşidən kimi hələ binanın özülü qoyulmamışdan mənzillərin haqqını kreditlə aldıqları vətəndaşlardan əlavə pul tələb etməyə başlayıblar. Belə ki, alqı-satqını manatla həyata keçirən tikinti şirkətləri artıq ödənişləri dollarla tələb etməyə üstünlük verirlər. 

Mənbə deyir ki, bu da ciddi narazılıq yaradıb, ancaq sahibkarların tələbləri qarşısında sadə vətəndaşlar çarəsiz duruma düşüblər. 

Bu mənada hesab olunur ki, aidiyyəti qurumlar MTK-ların davranışlarına müdaxilə etməsə, xoşagəlməz situasiya yarana bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR