İlham Əliyev bankiri qəbul etdi

img

03-03-2015 [16:19]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının "ВТБ” Bankının prezidenti və idarə heyətinin sədri Andrey Kostini qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi bildirilib. Ölkələrimizin maliyyə, bank sektorunda əməkdaşlığının bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunaraq,  bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR