İcra başçısı müavininin oğlu türmədə niyə intihar edib? - İDDİA

img

03-03-2015 [15:37]


Gədəbəy icra başçısının müavini Qüdrət Paşayevin oğlunun intiharı yenidən araşdırılır

Arqument.az-a verilən məlumata görə, 2012-ci ildə işlədiyi Qobustan həbsxanasında özünü asan Babək Paşayevin ölümü açılmamış işlər siyahısına daxil edilib. 

Məlumata görə, hüquq-mühafizə orqanlarında intiharın araşdırılması gündəmə gəlib. B.Paşayevin intiharına səbəb kimi azart oyunlarına aludəliyi iddia edilirdi. Onun qəbrinin ekskumasiya olunması da gözlənilirdi. Rəsmi şəkildə onun ölümü intihar kimi qeydə alınmasa da, əldə etdiyimiz xəbərdə B.Paşayevin özünü asdığı iddia edilir.

Yada salaq ki, "Yeni Müsavat” bu haqda 2012-ci ildə yazmışdı. "İcra başçisi müavininin oğlunun ölümü araşdırılmayıb” sərlövhəli yazıda rayon sakinklərinə istinadən Q.Paşayevin oğlunun intihar etdiyini yazmışdıq. 

Sakinlər demişdilər ki, Q.Paşayevin oğlunun ölüm işindən dolayı başlanmış cinayət işinin istintaqı general rütbəli qardaşı Ədalət Paşayevin vasitəsilə dayandırılıb. 

Baş Prokurorluqdan isə hadisəsinin qeydə alınmadığını bildirmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR