Qazi Universitetinin rektoru İqtisad Universitetində olub - FOTO

img

03-03-2015 [15:18]


Türkiyənin Qazi Universitetinin rektoru Süleyman Büyükberberin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

Universitetdən Mia.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə universitetin MBA, İngilis Dilində Tədris Mərkəzi, "SABAH” Mərkəzi və İnnovativ Biznes İnkubatoru ilə tanış olub, dərslərdə iştirak ediblər:

"Sonra ali təhsil ocağının professor-müəllim heyəti ilə görüş keçirilib. ADİU-nun rektoru, professor Ədalət Muradov qonaqları salamlayaraq, onları bu təhsil ocağında görməkdən məmnun olduğunu bildirib. S.Büyükberber Qazi Universiteti haqqında ətraflı məlumat verərək, bildirib ki, əsası 1926-cı ildə qoyulan ali təhsil ocağı tələbə sayına görə Türkiyənin ən böyük universitetidir.

O, rəhbərlik etdiyi universitetlə yanaşı, həmçinin dünya ali təhsil sistemində ortaya çıxan müasir meyllər və universitet idarəçiliyinin müxtəlif aspektləri haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşub, onları maraqlandıran sualları cavablandırıb.

Görüşdən sonra rektorlar iki universitet arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Görüşdə ADİU-nun Türk Dünyası İşlətmə fakültəsində magistratura pilləsi üzrə Qazi Universiteti ilə birgə ikili diplom proqramlarının açılması, yüksək ixtisaslı elmi-pedaqoji kadrların birgə hazırlanması və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi üzrə qarşılıqlı razılıq əldə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR