Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxdı - Yeni qiymətlər

img

03-03-2015 [13:46]


Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxdı.

Strateq.az xəbər verir ki, Mərkəzi Bankın 21 fevral tarixində manatın devalvasiya qərarından sonra ölkədə bahalaşan tütün məmulatlarının qiyməti dünən aşağı salınmışdı. Belə ki, bütün marketlərdə siqaretlərin qiyməti yenidən əvvəlki qiymətə endirilmmişdi. Bu gün isə vəziyyət yenidən dəyişib. 

Strateq.az-ın əməkdaşı bu gün paytaxtda "Press koşk"lər daxil bəzi marketlərdə kişik araşdırma aparıb. Aydın olub ki, bu gün bütün növ siqaretlərin qiymətində 50-60 qəpik aralığında bahalaşma var. Məsələn, dünən 1 manat 70 qəpiyə satılan "Davidoff", "Kent" və digər siqaretlər artıq kiçik və orta çaplı marketlərdə 2 manat 20 qəpiyə satılır.

Əməkdaşımız bir neçə iri marketdə də olub. Məsələn, "Bizim market" şəbəkəsində qiymətlər yenə sabit saxlanılıb. Eyni vəziyyəti "Azeri City" haqqında da demək olar. Adıçəkilən marketlərdə siqaretlər əvvəlki qiymətlərlə satışa çıxarılıb. Satıcılar isə gün ərzində vəziyyətin dəyiişmə ehtimalı olduğunu da gizlətməyiblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR