İntiqam Əliyevin məhkəməsində əlbəyaxa dava baş verib - FOTOLAR

img

03-03-2015 [13:39]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi zərərçəkmiş Gülşən Orucovanınİntiqam Əliyevinvəkillərinin suallarına cavab verməsi ilə başladı. Zərərçəkən əksər suallara cavab verə bilmədiyindən hakim onlardan bəzilərini əngəlləyirdi.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, məhkəmə prosesində zərərçəkənin hüquqi nümayəndəsi Nemət Heydərovla müdafiə tərəfinin vəkilləri arasında əlbəyaxa qarşıdurma baş verib. Polislər və İntiqam Əliyev baş verənlərə müdaxilə etmək məcburiyyətində qalıb.

Davaya səbəb hüquqi nümayəndənin zərərçəkmişə hər suala cavabda kömək etməsi olub. Yaranmış gərginlikdən sonra hakim vəkillərin suallarını yarımçıq kəsib.

İntiqam Əliyev məhkəmə prosesinin gedişi zamanı baş verənlərə "Məni ifşa edin, bacarırsınızsa ifşa edin!" replikasıyla reaksiya verib.

İntiqam Əliyevin məhkəmə prosesində saat 14:30-a qədər fasilə elan edilib.








Digər xəbərlər
SON XƏBƏRLƏR