Azərbaycan girovluqda qalan vətəndaşlarının hüquqlarının müdafiəsini gücləndirir

img

03-03-2015 [12:57]


Məlum olduğu kimi, didərgin düşdüyü ö doğma yurd-yuvasını ziyarət etdiyi zaman ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılması istiqamətində aparılan işlərin sürətləndirilməsi qərarı verilib. Prezident İlham Əliyevin özü şəxsən bu məsələni nəzarətə götürüb və onların hüquqlarının qorunması, ölkəyə qaytarılması üçün lazımi olan bütün tədbirlərin həyata keçirilməsini tapşırıb. Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olan insan hüquq və azadlıqlarının qorunmasıdır ki, bu yöndə də mütəmadi olaraq, önəmli addımlar atılır.

Məsələylə bağlı "Unikal”a açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədr müavini Eldar Orucov Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistanın girovlarla bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib ki, Azərbaycan dövləti hər iki vətəndaşımızın hüquqlarının qorunmasına həssaslıqla yanaşır. Onun sözlərinə görə, Əli Həsənovun məsələyə yanaşması da xüsisi qiymətləndirilməlidir: "Azərbaycanda hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur. İstər ölkə daxilində, istərsə də, kənarda hər bir vətəndaşın hüquq və azadlığı dövlət üçün əhəmiyyətlidir. Çox müsbət haldır ki, neçə vaxtdır ermənilər tərəfindən girov götürülən iki soydaşımızla bağlı məsələ də dövlətin diqqət mərkəzindədir. Hesab edirəm ki, dövlət onların hüquqlarını lazımi səviyyədə qoruya bilir və azad etməyə də kifayət qədər gücü çatır. Ramil Səfərov da "girovluq”dan azad edilmişdi və ona layiqli qiymət verilmişdi. Bu istiqamətdə işlərdən razıyam. Təqdir olunmalıdır ki, dövlət bu istiqamətdə lazımi işlər görür”.
E.Orucov onu da qeyd edib ki, erməni vandalizmi, insan hüquq və azadlıqlarının pozulması istiqamətində atdıqları addımlar hər kəsə bəllidir. Onun sözlərinə görə, özlərini humanist göstərən erməni toplumunun insanların hüquq və azadlıqlarına necə qənim kəsildiyini dünya ictimaiyyətinə çatdırmaq lazımdır: "Hazırda Ermənistanda girovluqda olan vətəndaşlarımızla bağlı problem lazımi səviyyədə dünyaya çatdırılır. Ölkəmiz hər bir girovuna hər zaman sahib olub və olur .Onların azad olunması üçün ciddi tədbirlər görülür və işlər aparılır. Əminəm ki, Dilqəm Əsgərov və Şahbaz quliyev də azad olunacaq. Biz buna inanırıq və dövlətimizə hər zaman güvənirik. QHT-lər də bu sahədə bacardıqları qədər çalışmalıdır və ciddi işləməlidirlər ki, bu problemlə bağlı dünya səviyyəsində təbliğat qurulmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR