MMP-də fövqəladə toplantı, iddialı palnlar icra olunacaq

img

03-03-2015 [12:11]


Bu gün MMP İdarə Heyətinin mitinq komitəsi ilə birlikdə rayon təşkilatlarının sədrlərinin iştirakı ilə geniş tərkibdə iclas keçirib. 

İclasda Bakı şəhər və işgal olunmuş ərazilərin qadınlar və gənclər təşkilatlarının sədrləri,həmcinin Qərbi Azərbaycanın əlaqələndirmə şurasının üzvləri iştirak edib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, manatın devalvasiyası və digər məsələlər müzakirə olunub. Partiya qarşıdan gələn Parlament seckilərində iştirakı ilə baglı qərarlar qəbul edib. 

Rayon təşkilatlarının verdiyi məlumatlar dinlənilib.İdarə heyətinin iclasında yaxın vaxtlarda kütləvi aksiyalara başlamaq ücün hazırlıqla baglı Partiyanın mitinq komitəsinə xüsusi səlahiyyət verib.

Partiyanın tərkibində yaradılmış təbligat-təşviqat qruplarının işinin davam etdirilməsi və həmin qruplara əlavə yeni simalar cəlb edilməsi qərara alınıb. Mitinq komitəsinin işini gücləndirmək ücün partiyanın qadın və gənclər təşkilatlarının sədrləri ilə birgə işləmək barədə qərar qəbul edilib. İdarə heyətinin iclasında Rusiya müxalifətinin aparıcı simalarindan olan Boris Nemtsovun qətlə yetirilməsi kəskin pislənilib. Görüləcək işlərin yekunu ilə baglı yaxın günlərdə BMM-də mətbuatın iştirakı ilə MMP-nin Respublika müşavirəsinin keçirilməsi qərara alındı.

Digər xəbərlər
SON XƏBƏRLƏR