Qədim abidələr üzərində yeni tikililər - Köhnəqala kəndindən reportaj (VIDEO)

img

02-03-2015 [21:55]


Tovuzun  Köhnəqala  kəndi elə adı kimi qədimdir. Amma bu qədimilik indi məhv olmaq təhlükəsini yaşayır. Yerli sakinlər qədim qalaları söküb, yerində yaşayış evləri tikirlər. Bir sözlə, keçmişin üzərində gələcək qurulur, amma təəssüf ki, tarixin izi silinməklə. 

Zəyəm çayının sahilində yerləşən qala bir hektardan artıq ərazini əhatə edir.Eramızdan əvvəl 450-ci ildə Kürün qolu olan  Zəyəm çayında Sasanilərlə yerli xalq arasında müharibə olub. Müharibə zamanı burada olan qala və qəsirlər dağılıb, həmin qalalardan biri də o vaxt bu ərazidə yerləşən Köhnəqala olub. Kəndin adı da elə bu qalanın adı ilə - Köhnəqala adlanıb. Qədim tarixi mənbələrdə burada 2 min il əvvəl böyük bir şəhərin olduğu qeyd edilir. 1963-cü ildə bu qaladan 2 büt tapılıb.Qalanın yerində bir neçə  böyük daşla, kərpic və küp qalıqlarından başqa demək olar ki, heç nəyə rast gəlmək mümkün deyil. Çünki qalanın yerində  yeni yaşayış evləri tikilib.Qaladan fərqli olaraq, qalanın giriş qapısının qalıqları bu günə qədər qalıb.Sakinlər deyir ki,qədimdə  burada tunel olub və həmin tunel vasitəsilə insanlar buradan qalanın olduğu əraziyə gedib-gəliblər. Bir sözlə, qədim şəhərdən qalan yalnız bu giriş qapılarıdır. Onlar da dağıdılsa, kəndin adındakı köhnəlikdən əsər əlamət qalmayacaq.

HİCRAN  NƏSİBOVA


Digər xəbərlər
SON XƏBƏRLƏR