Xocalı faciəsinə susan vicdanlar…

img

02-03-2015 [22:00]


Azər Həsrət, [email protected]

Zatən bunlardan faydalı bir şey gözləməyə dəyməz. Gözləmirik də. Çünki gördüklərimiz yetər də, ondan.

Altay Göyüşovla bağlı iki yazı yazmışdım. Daha doğrusu, onun müəllimi Cəmil Həsənlinin haqqımda tirajladığı böhtanlara verdiyim cavabda bu şəxsin də adı keçirdi. Çünki Cəmil müəllim olmayan yerdən mənim Altay müəllim haqqında yalan təbliğat apardığımı iddia etmişdi.

Heç vaxt yazılarıma, çıxışlarıma mövzu olmayan Altay müəllim də Cəmil müəllimin yalanlarını Facebook-da bəyənməklə onlara ortaq olmuşdu. Okeanın o tayında qərar tutmuş bu şəxsə bütün mümkün vasitələrlə müraciət etmişdim ki, nə üçün o yalanları bəyəndiyini açıqlasın.

Açıqlamamışdı. Və hələ də açıqlamır. Elə ona görə də hər gün bu şəxsin fəaliyyətini izləyərək "birdən açıqlamış olar, qaçırmayım” düşüncəsilə Facebook divarına baxıram.

Bu gün də baxdım. Tam təsadüf və heç bir ön yarğı olmadan. Yəni mənim suallarıma cavabının olub-olmadığını yoxlamaq üçün.

Dəhşətə gəldim! Adamın Facebook divarında nə fevralın 26-da, nə də ondan öncəki və sonrakı günlərdə Xocalı dərdinin mahiyyəti haqqında bir kəlmə belə yox!

Altay Göyüşovun 26 fevral paylaşımı

Altay Göyüşovun 26 fevral paylaşımı

Əslində var, sadəcə olaraq o da Xocalının dərdinə dərman olacaq dürdən deyil.

Bu adam fevralın 27-də Xocalıyla bağlı yazdığı və bu cinayəti törədənlərin mütləq cəzalandırılmasını istədiyi qeydində də Azərbaycan hakimiyyətini ittiham edir!

Onun iddiasından belə anlaşılır ki, Xocalı məsələsinin dünyaca ciddiyə alınmamasının səbəbkarı da Azərbaycan hökumətiymiş!

Qeyd etdiyim kimi, fevralın 26-da bu şəxs Xocalıyla bağlı bir kəlmə belə yazmayıb, deməyib!

Amma diqqət çəkən paylaşımları da yox deyil. Örnək üçün, özünün çox "həyati əhəmiyyətli” şəkillərini paylaşıb.

Yaxud da antiAzərbaycan çetesinin məlum və məşhur üzvləri – Katy Pearce, Rebecca Vincent və Arzu Geybullayeva-nın bir əsərinin çapını "çox zamanında və maraqlı” nəşr kimi təqdim edib. Özlərini antiAzərbaycan davasına qurban demiş bu "fəadilərin” əsərinin anonsunu da məhz fevralın 27-də verir Altay Göyüşov.

Sözügedən əsərin elanı

Sözügedən əsərin elanı

Hə, onun bir də başqa dərdi var. Xocalı soyqırımı ərəfəsində bir paylaşım edərək müəllimi Cəmil Həsənlinin qızının məlum avtomobil qəzasını gündəmə gətirir. Sanki Azərbaycanın bütün dərd-səri bitib də, hətta Xocalı faciəsini belə bir kənara qoyub bu adi bir qəza olayından danışmaq lazımmış!

Elə bu minvalla da diqqətim onun müəlliminə – Cəmil Həsənliyə yönəldi. Baxdım. Facebook-da bir səhifəsi var. 90 mindən çox bəyənəni olsa da fəal görünmür.

Son paylaşımlarından biri 22 fevrala təsadüf edir. Xocalı abidəsini ziyarət üçün çağırışdır. 21 mindən çox tərəfdarına çağırış edib. Min iki yüz nəfər müsbət cavab verib.

Ziyarət gününün – 26 fevralın şəkillərini gördüyümüz üçün bu şəxslərdən ən azı min nəfərinin onu aldatdığını deyə bilərik.

23 və 25 fevral günləri də paylaşımlar edib. Bu da öz tələbəsi Altay Göyüşov kimi məlum avtomobil qəzasından yazır.

26 fevral və sonrakı günlər üçün heç bir paylaşım yoxdur.

Yalnız martın 1-də Boris Nemtsovla bağlı düşüncələrini, dərdini dilə gətirən bir paylaşımı var Cəmil müəllimin.

Və bu adam Azərbaycanın prezidenti olmaq istəyirdi!

Altay Göyüşovun "əsərinin” dərcini elan etdiyi Arzu Qeybullayeva da Xocalı soyqırımı günü boş dayanmayıb. Facebook səhifəsini görə bilməsək də Twitter səhifəsində gen-bol paylaşımlar edib…

Xocalı soyqırımını törədənlər haqqında bir kəlmə də yazmayan bu xanım özünə əl qataraq Azərbaycanda çox dəhşətli bir durumun olmasından, Xocalı qaçqınlarının çox çətin şərtlər altında yaşamasından söz açır!

Hə, bir də Yaşar Kemalın ölümünə üzülür… O yaşar Kemalın ki, ermənilər bir neçə gün sonra ona "Şərəf ödülü” verəcəkdilər. Artıq elan da edilmişdi. Amma ömür vəfa etmədi.

Baxmayaraq ki, Yaşar Kemal sonuncu ödülünü ala bilmədi, Ermənistan onu 2013-cü ildə "Krikor Naregatsi medalı”yla təltif etmişdi. Yəni o, daha bir erməni ödülü alacaqdı…

Neynək, Arzu Qeybullayeva kimi neçə-neçə gənclər onu xatirələrində yaşadacaqlar zatən…

Bütün bunlara nəzər saldıqdan sonra istər-istəməz düşünürsən ki, əcəba, bunlar doğrudanmı Azərbaycanın ən ümdə məsələlərində belə şəxsi qərəzlərindən vaz keçə bilmirlər?

Birisi – Altay Göyüşov özü Ağdamlıdır, yurdu erməni işğalındadır, bir kəlmə də olsun onlar haqda yazmır, danışmır!

Cəmil Həsənli Azərbaycan prezidentliyinə iddia edirdi! Azərbaycanın bu qədər ağır faciəsinin anıldığı gün ərəfəsində də yalnız şəxsi problemlərindən danışır!

Və bu cür ağıl xocalarına aldananlardan biri – gənc xanım, ermənilərin İstanbulda dərc edilən "Agos” qəzeti üçün həvəslə yazan Arzu Qeybullayeva da eyni yolu həvəslə gedir!

Acınacaqlısı odur ki, bunların sayı az da deyil. Düzdür, minlərlə, on minlərlə deyillər, amma yenə də antiAzərbaycan mərkəzlərin əlində həvəslə alətə çevrilənlərimiz var axı…

Sual edirəm, niyə?

Cavabları bu olacaq ki, Azərbaycanda ədalət yoxdur.

Lap elə tutaq ki, yoxdur! Ədalət yoxsa, siz millətin ən ümdə dərdlərinə belə göz yummalısınızmı?!

Yumursunuz, yumun! Göz sizindir, özünüz bilərsiniz! Amma mənə demokratiya, insan haqları, ədalət, qanunun aliliyi kimi nağıllar da danışmayın! Bu ölkə, bu dövlət mənimdir, mənim haqqımdır və sizin kimilərin bu torpaqlar üzərində heç bir haqqı qalmamışdır!

Və bir də mənim kimilərə böhtan da atmayın! Dediyinizə, yazdığınıza cavab verəcək qədər iradəniz də olsun!

Yoxdur! Yoxdursa, susun! Bu ölkə sizsiz daha gözəl görsənir çünki! Xocalı faciəsinə susan vicdanlara bizim heç ehtiyacımız yoxdur!

Bu da məlum şəxsin 26 fevral paylaşımlarındandır

Bu da məlum şəxsin 26 fevral paylaşımlarındandır


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR