Nemtsov qətlindən bir neçə saat əvvəl Putinə belə deyib - Açıqlama

img

02-03-2015 [20:57]


Rusiyanın müxalifət lideri Boris Nemtsov ölümündən bir neçə saat əvvəl ölkədəki böhrana görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb.

Bbu haqda Nemtsov "Exo Moskvı” radiosuna müsahibəsində bildirib.

Nemtsov böhranın vacib səbəbi kimi, Putinin təcavüzkar, ölkə üçün ölümcül olan Ukrayna ilə müharibə siyasətinə başlamasını səbəb göstərib.

Müxalifət lideri həmçinin Rusiya ordusunun orada iştirakının sənədlərlə sübuta yetirildiyini qeyd edib.

"Ölkəyə siyasi islahatlar lazımdır, hakimiyyət bir nəfərin əlində cəmləşəndə və həmin adam daima idarə edəndə, hər şey tamamilə faciəylə qurtarır", - deyə Nemtsov bildirib(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR