Iş adamına 500 min kələkdə adı hallanan icra başçıları hədəfdə!

img

02-03-2015 [16:03]



Xəbər verildiyi kimi, Hesablama Palatası mart ayı ərzində növbəti yoxlama hədəfini açıqlayıb.

Palatadan verilən məlumata görə, bu dəfə dövlət büdcəsinin dövlət xidmətləri, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Xızı rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə proqramlar təsdiq olunub.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan şəhər MR Mədəniyyət və Turizm Nazirliyinin aparatının və Nazirliyin mərkəzləşdirilmiş hesabatlığından maliyyələşən təşkilatların saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və büdcədənkənar vəsaitlərin icrasına dair də nəzarət tədbirləri üzrə proqram təsdiq olunub.

Mia.az-a verilən məlumata görə, Hesablama Palatasının son bir ildə bu istiqamətdə apardığı yoxlamalar və onların nəticələri ilə bağlı Milli Məclis vasitəsiylə Prezident Administrasiyasına hesabat göndərməsi,vəzifəli şəxsləri ciddi təhllükələrlə üz-üzə qoyur. 

Bu barədə bizi məlumatlandıran mənbənin sözlərinə görə, Hesablama Palatasının Xızı və Xətai rayon İcra hakmiyyətlərində yoxlama qərarı hər iki icra başçısının yol verdikləri ciddi səhvlərdən qaynaqlanır: 

«Xüsusiylə Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanovun adının qardaşının dələduzluq olayında hallanması və bu yöndə şikayətlərin dövrü mətbuatda geniş yayılmasından sonra başlanan yoxlama, düşünürəm ki, onun karyerasına nöqtə qoyacaq əsas faktor olacaq. Mənim bildiyimə görə, onun vaxtı ilə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinə rəhbərlik etmiş qardaşı Rövşən Aslanovun Əbülfəz Cəlal oğlu Əliyevə kələk gəlməsi hakim dairələrdə də ciddi müzakirəyə səbəb olub. Və Xəzər Aslanovun doğma qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin isə qaynı olan Rövşənin bu hərəkəti adıçəkilən hər iki başçısı üçün ciddi baş ağrısına çevrilib. Bir sözlə, hakim dairələr icra başçılarının xarici ölkələrdə bizneslərini nəzarətə götürməklə yanaşı, həm də onların fəaliyyətlərini təftiş etdirməkdə maraqlı duruma gəliblər.

Ona görə hesab edirəm, adları "qara siyahı”da olan Xızı və Neftçalanın icra başçılarının vəziyəti yaxşı deyil. Belə bir məqamda Xızıda təkcə bir əməliyyatla 950 min manat büdcə vəsaitinin təyinatından yayındırılması söhbəti də, Xəzər Aslanovun vəziyyətini dramatikləşdirəcək. Bu və ya digər məqamlarla bağlı yayılan ciddi ittihamlardan sonra Hesablamaa Palatasının qəfil geniş yoxlama qərarı verməsi, təsadüfi deyil. Məncə, Xəzər Aslanov əsas da qardaşının dələduzluğunun güdazına veriləcək.

O ki qaldı Xətaidə aparılan yoxlamalara, hesab edirəm, barəsində son illər artan şikayətlər fonunda bu yoxlama icra başçısı Razim Məmmədova da xoş gələcək vəd etməyəcək».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR