Müasir təlim metodları və yeni pedaqoji texnologiyalarıregion müəllimlərinə öyrədilir

img

02-03-2015 [15:19]


28 fevral- 1 mart 2015-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə "Gələcəyin müəllimləri” təşəbbüs qrupu tərəfindən "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzində müəllimlər üçün təlimləri keçirildi. Təlimi Təhsil sahəsi üzrə ekspert, web 2.0-web3.0 alətlər üzrə peşəkar Beynəlxalq ekspert Ramil Süleymanov aparırdı. Təlimə Bloqların yaradılması üzrə peşəkar Təlimçi Poladov Xəyal müəllimdə dəvət olunmuşdu. Təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İctimai təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində keçirildi və ümumilikdə Şəkmir, Gədəbəy, Goranboy rayon, Gəncə şəhəri, və qəsəbə məktəblərindən 40 müəllim təlimlərdə iştirak etdi. Təlim müddətində iştirakçılar müasir təlim metodları və yeni pedaqoji texnologiyaların tədbiqinin, həmçinin İKT-dən və fəal təlimdən vəhdət şəkildə istifadə edərək canlı dərs prossesini qurmağın yolları ilə tanış oldular. Təlim müddətində müəllimlərə maraqlı Web2 - Web3 alətlər, müasir internet resursları və ondan tədris prosesində istifadə, yerli və beynəlxalq müsabiqələrdə iştirak qaydaları və digər mövzularda məlumatlar verildi. Sonda iştirakçılar diplomlarla təltif olundular. Təlim iştirakçılarna Təlim vəsaitləridə təqdim olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR