Azərbaycan Ordusu 2 erməni hərbçini belə məhv etdi- VİDEO

img

02-03-2015 [14:22]


Ermənistan KİV-nin verdiyi məlumata görə, 28 fevral 2015-ci ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. 

Mia.az Trend-ə istinadən düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini əldə edib.

Kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.

Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.

Həmin əməliyyatının görüntülərini təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR