Cüdo yığmasının üzvləri etiraza qalxdı

img

28-02-2015 [19:04]


Məvaciblərini ala bilmədiklərinə görə etiraz aksiyası keçirən cüdoçularımız paytaxtda keçirilən Avropa Oyunlarında iştirak etməmək ehtimalının olduğunu bildirirlər.

 Anspress-in məlumatına görə, cüdoçularımız onlara prezidentin qayğısını olduğunu desələr də, Cüdo Federasiyası tərəfindən heç bir yardım almadıqlarını bildirirlər. 

"Bir neçə dəfə federasiya rəhbərliyi ilə görüşlər keçirmişik. Bizə söz verirlər ki, hər şey həll olunacaq. Ancaq ortada bir nəticə yoxdu. Nə təlim məşqlərinə göndərirlər, nə maaşlarımızı verirlər. Qidalanmamız yaxşı deyil. Biz təlim məşqlərini artıq öz hesabımıza getməyi fikirləşirik", - deyə İrəvanda keçirilən gənclər arasında dünya çempionatının qalibi Elmar Qasımov bildirib. 

Qeyd edək ki, "Neftçi"nin bazası yaxınlığında etiraz edən cüdoçular məvaciblərinin verilməməsindən şikayət edirlər. Aksiyada Elmar Qasımov, Elxan Məmmədov və Nicat Şıxəlizadə kimi tanınmış cüdoçular iştirak edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR