Korrupsiyaya qarşı müharibə başlayır (VİDEO)

img

23-02-2015 [09:47]


Hollivud və Cənubi Koreya korrupsiyaya qarşı mübarizə mövzulu film ekranlaşdırıb. 

"Sonuncu cəngavərlər” filmindəki hadisələr orta əsrlərdə baş versə də, günümüzdə də aktual olan problemləri əks etdirir.

Kinonun süjetində monarx ilə onun sadiq və cəsur cəngavəri Rayden rüşvət və mütləq hakimiyyətə qarşı çıxır. Bu zaman onlar elə bil qalmaqalın içinə düşürlər ki, öz şərəfləri və həyatları təhlükə altında olur.

Rejissor Kazuaki Kiriyanın döyüş və macəra janrında ekranlaşdırdığı əsərinin dünya premyerası 3 apreldə olacaq. 

Filmdə Klayv Ouen, Morqan Frimanla yanaşı An Son Qi, Pak Si En, Aksel Xenni, Daniel Adeqboyeqa, Şore Aqdaşlu və başqa aktyorlar yer alıb(Anspress).


Digər xəbərlər
SON XƏBƏRLƏR