Bakıda polisə xəsarət yetirən futbol azarkeşləri saxlanıldı

img

20-02-2015 [17:56]


Ötən gün "Neftçi” – "Qarabağ” oyunundan sonra baş verən dava iştirakçıları saxlanılıb. 

Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Nizami polis əməkdaşları tərəfindən keçirilib.

Qeyd edək ki, qarşılaşmadan sonra iki komandanın azarkeşlәri arasında әlbәyaxa dava olub. Dava zamanı azadkeşlər daş, dəmir parçaları və şüşə qırıqlarından istifadə edərək bir-birilərinə xəsarət yetiriblər.

Məsələyə Nizami rayon Polis İdarəsinin əməkdaşları müdaxilə etmək istəyiblər. Nəticədə polis əməkdaşlarına də xəsarət yetirilib. Polislərin xidməti maşınlarına zərər vurublar.

Polis hadisəni törədən şəxslərdən 9 nəfəri yaxalayıb.

"Əməkdaşlarımıza müqavimət göstəriblər. Avtomobillərimizə zərər vurublar. Əməkdaşlarımız xəsarət alıb. Hadisə iştirakçılarını saxlamışıq. Onlar barədə şəhər prokurorluğunda müvafiq tədbirlər görüləcək", - deyə Nizami polisindən bildirilib.

Faktla bağlı cxinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR