Bakı 2015 Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib - FOTO

img

19-02-2015 [19:12]


Bakı 2015 Avropa Oyunları bu gün Kolin Gibsonu vəzifə öhdəliklərinin dərhal icrasına başlaması surətilə Kommunikasiya şöbəsi üzrə direktor müavini təyin edib.

Mia.az xəbər verir ki, Gibsonun təyinatı ilk Avropa Oyunlarının yaxınlaşması ilə Bakı 2015-in kommunikasiya fəaliyyətlərini intensivləşdirməsindən irəli gəlir. Bakı 2015-in mətbuatı məlumatlandırma işləri, sponsor və televiziya yayım tərəfdaşlarının elan edilməsi və beynəlxalq idman elçiləri proqramı kimi ictimai iştirak təşəbbüsləri KİV-in geniş marağına səbəb olub.

Oyunların başlamasına 100 gün qalması, biletlərin satışının başlaması və Açılış mərasimindən öncəki Bakı 2015 Oyunlarının Məşəl Estafeti də daxil olmaqla qarşıdan gələn bir neçə təşəbbüsün daha böyük maraq doğurması gözlənilir.

Bu yaxınlarda Media və Kommunikasiya şöbəsi üzrə direktor vəzifəsini tutduğu İngiltərə və Uels Kriket Təşkilatından (EVB) ayrılan cənab Gibsonun peşəkar karyerasına həmçinin Dubaydakı Beynəlxalq Kriket Şurasında (ICC), o cümlədən London Futbol Assosiasiyasında (FA) Kommunikasiya şöbəsinin direktoru vəzifələri daxildir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Kolinin Bakı 2015 komandasına qoşulmağa razılıq verməsi məni çox sevindirdi. Onun kimi təcrübəli və qabiliyyətli birinin ilk Avropa Oyunlarının keçirilməsinə çox az müddətin qaldığı kritik bir zamanda kommunikasiya komandamıza yardım etməsi əvəzolunmazdır."

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab William Louis-Marie deyib: "Avropa Oyunlarına marağın davamlı artdığının şahidi oluruq və Bakı 2015-in media kanallarını cəlb etməsi qarşıdakı aylarda daha da artacaq. Kolinin tövhələri bu müddət üçün, xüsusilə də Oyunlar zamanı böyük əhəmiyyət kəsb edəcək.

"Onun beynəlxalq idman mətbuatı sahəsindəki bilik və təcrübələri olduqca dəyərlidir və irimiqyaslı idman yarışlarında kommunikasiyaların idarə edilməsi sahəsində yüksək nailiyyətlər əldə etmişdir.”

ECB, ICC və FA kimi təşkilatlarda çalışmazdan əvvəl cənab Gibson jurnalist kimi fəaliyyət göstərmiş və Londonun "the Daily Telegraph", "Sunday Telegraph" və "the Daily Mail", o cümlədən Sidneyin "The Australian" qəzetləri üçün məqalələr yazıb.

Cənab Gibson demişdir: "Mənə Bakı kimi dinamik bir şəhərdə ilk Avropa Oyunları üçün işləmək imkanı verildiyi üçün çox sevincliyəm. Bu Oyunların başlaması Avropanın idman tarixində yeni bir səhifə açacaq və bu cür maraqlı macəranın başlanğıcında iştirak etmək mənim üçün olduqca həyəcanvericidir".

Digər xəbərlər
SON XƏBƏRLƏR