19-02-2015 [14:48]
Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Publika.az-a müsahibə verib.
Qeyd edək ki, İlqarə bu həftə Avropa formatında olan yeni bir klipini üzə çıxarıb və bununla da şou-biznes gündəmini alt-üst edib. Amma xasiyyətinə gəlincə, o,çox sakit, azdanışandır.
- Çox sakit görünürsən, bu xasiyyətinlə şou-biznesin qalmaqallarına tab gətirə biləcəksən?
- Əslində, xasiyyətim belədir, azdanışanam. Qalmaqala gəlincə, hər zaman ondan uzaq olmağa çalışacağam. Çünki istəmirəm qalmaqalla gündəmə gəlim. Sənətimə güc verəcəyəm.
- Şou-biznes elə sahədir ki, istər-istəməz qalmaqal da olmalıdır. Hətta dünya ulduzları da belə vasitələrdən istifadə edirlər… Elə ananız da zaman-zaman fərqli düşüncələri, yenilikləri ilə şou aləmini sözün yaxşı mənasında bir-birinə vurub...
- Anam qalmaqal etməyib. Biz indi elə bir dönəmdə yaşayırıq ki, istəmirik başımız ağrısın. Nəyə görə insanlar məni qalmaqal edən müğənni kimi tanıyıb, haqqımda neqativ düşünməlidirlər? Qoy elə desinlər ki, İlqarənin gözəl sənəti var.
- Amma çox vaxt sakit təbiətli insanların zahiri görkəmi arxasında emosional, çılğın bir adam gizlənir…
- Bəzən məndə də olur. Mən də insanam, emosiyalarıma üstün gələ bilmədiyim vaxtlar olur.
- Bu, ən çox hansı məqamlarda baş verir? Ümumiyyətlə, səni ətrafda ən çox nə qıcıqlandırır?
- Haqsızlıq və yalanla heç barışa bilmirəm.
- Hər bir xanım vücudunda nəyəsə önəm verir. Səncə, bu mənada sənə ən çox gözəllik verən nədir?
- Məncə, gözlərim. Amma düşünürəm ki, insanın qəlbi gözəl olmalıdır. Çünki gözəl qəlbə sahib olan insanların zahiri də gözəl olur.
- Rəfiqəlik etməyi xoşlayırsan?
- Xoşlayıram, amma rəfiqəlik etməyi bacaran insanla. Nə gizlədim, mənim rəfiqəlik etdiyim yeganə insan anamdır.
- İnsanlarda hansı keyfiyyətləri dəyərləndirirsən?
- Dürüstlüyü və insanlığı.
- Göz yaşlarını göstərməyi xoşlayırsan?
- Qətiyyən. Mən nəinki başqalarına, heç özümə belə göz yaşımı göstərməyi xoşlamıram.
- Depressiyaya düşəndə asanlıqla çıxırsan, yoxsa? Məsələn, bildiyimiz qədər, Aygün xanım da depressiyadan çox tez çıxır.
- Anam məndən çox pozitivdir. O həm də Dolça bürcündəndir axı. Təbii ki, depressiyaya düşdüyüm vaxtlar olub, amma tez də çıxmağa çalışmışam. Çünki anam kimi pozitiv bir qadının yanında depressiyaya düşməyə macal olmur. Həmişə deyir ki, mama qurban, nə oldu sənə? Hansı yaşda olmasından asılı olmayaraq, hər bir valideyn üçün övlad həmişə uşaqdır. İstər 40, istər 50, istərsə də, 60 yaşında olsun, fərq eləməz.
- İlqarə, anan səni "Məstan” deyə çağırır. Çevrəndə bəzi adamlar da sənə "Marta” deyirlər… "Məstan”ı başa düşdük, bəs "Marta”?
- Marta adı mənim də xoşuma gəlir. Həm anam, həm də dostlarım məni belə çağırır. Marta – pişik adıdır. Anam məni "İlqarə”, "Marta”, "Martuşa” deyə çağırır.
- Üstündə talisman gəzdirirsən?
- Talismanım var, amma evdədir.
- Gözdən-nəzərdən qorunursan?
- Bilirəm ki, göz-nəzər var, inanıram ki, pis nəfs də var. Həmişə mənə deyirlər ki, başına duz hərlə, amma mən belə qabaqlayıcı tədbirlər görmürəm.
- Bax indi Avropa formatında olan gözəl bir layihə üzə çıxardın. Heç düşünmədin ki, tay-tuşların arasında gözə gələ bilərsən?
- Buna görə qorxmadım. Amma nə gizlədim, qorxduğum bir şey var. Həmişə dabanlı ayaqqabıda gəzəndə qorxmuşam ki, ayağım burxular, yıxılaram. Qıraqdan min göz baxır.
- Axırıncı dəfə nə vaxt yalan danışmısan?
- Xırda yalanlarım olur. Bayaq qorxurdum ki, tədbirə gecikərəm, buna görə dəmənə zəng edəndə yalandan dedim ki, maşındayam, artıq çatıram. Amma heç evdən çıxmamışdım e…
- Sosial şəbəkələrdə varsan, heç telefonuna, yaxudsəhifənə mesajlar yazırlar…
- Telefonuma mesajlar gəlmir, ən çox "Instagram” səhifəmə mesajlar göndərirlər.
- Ən çox nə yazırlar?
- Daha çox qadınlar yazır. Biri soruşur ki, bu paltarını hardan almısan, o biri dodaq boyamın nömrəsini, markasını soruşur. Çox vaxt xanımlar məndən məsləhət alırlar ki, necə arıqladın? Dodaq boyalarım onların xoşuna gəlir, bunu yazırlar. Daha çox gözəl fikirlər yazırlar.
- Bəs oğlanlar, onlar sənə heç nə yazmır?
- (gülür) Onlar da yazırlar. Amma onlara cavab yazmıram.
- Niyə?
- Sosial şəbəkədə insanlarla, xüsusən də oğlanlarla tanış olmağı xoşlamıram. Çünki buna ciddi baxmıram.
- Hər bir qızın xəyalında ağ atlı oğlanı olur…Maraqlıdır, sənin xəyal etdiyn oğlanın obrazı necədir?
- (gülür)...
- Bəlkə, heç sənin üçün xarici görünüş önəmli deyil?
- Yox, desəm ki, zahiri görünüş önəmli deyil, yalan olar. Kim bunu deyirsə, ona inanmayın. Bilin ki, yalan danışır. İnsanın gözəl qəlbi varsa, mütləq onun işığı zahirinə vurmalıdır.
- Məsələn, elə qız var, balacaboylu oğlanlardan xoşlanmır… Deyir ki, ərə gedəcəyim oğlan hündürboylu olmalıdır…
- Elə mənim də hündürboy oğlanlardan xoşum gəlir. Amma əsas olan insanlığı və yaxşı həyat yoldaşı olmasıdır.
- Bəs xasiyyətcə necə olmalıdır?
- Məni sıxmasın, sənətimə mane olmasın.
- Bəs pullu olması önəmlidir?
- Bir var pulu olsun, ağılsız olsun, bu, mənlik deyil. Pulu olmasın, ağlı, diplomu, dərrakəsi olsun… Amma həm ağlı, həm pulu olsa – bu, əla olar.
- Şou-biznes nümayəndələrinin övladları ilə ailə qurardın?
- Hər şey qismətə bağlıdır.
- Pul sənin üçün nədir?
- "Cibdə varsapul, life is wonderful". "Dəyirman”ın mahnısıdır. Pul olmasaydı, mən mahnı yazdıra, klip çəkdirə bilməzdim. Pul olanda insan özünə yemək, çörək ala bilir və s. Pulsuz yaşamaq mümkünsüzdür.
- Çoxlu pulun olsaydı, nəyə xərcləyərdin?
- Sənətimə.
- Evdən çıxanda nəyi mütləq şəkildə özünlə götürməlisən?..
- Ətirim, dodaq boyam mütləq yanımda olmalıdır.
- Sənin üçün brend önəmlidirmi?
- Paltarın brend olması mənim üçün o qədər də əhəmiyyət daşımır. Amma çantalarım və ayaqqabılarım mütləq brend olmalıdır.
- Dükan-bazara axırıncı dəfə nə vaxt getmisən?
- Yox, arada gedirəm.
- Bilirsənmi çörəyin qiyməti neçəyədir?
- Əlbəttə, bilirəm. Neçəyədir, bu saat deyəcəyəm. (gülür) Hə, 40 qəpik…
- Bəzən bizim gözəllər gözəli pop-divamız Aygün xanım haqqında xoşagəlməz fikirlər səsləndirilir. Məsələn, onun "Instagram”da qoyduğu fotoların altından təhqiramiz fikirlər yazıldı. Buna münasibətin necə olur?
- Hamısı paxıllıqdandır. Mənə pis təsir edir. Anam çox gözəl qadındır, pop-divadır. O insanlar gedib sadəcə güzgüdə özlərinə baxsınlar və sonra anam haqqında nəsə pis fikir söyləsinlər. Sonra özlərinə sual versinlər ki, gör, mən kimə söz atıram.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib