Nazpəri İlhaməyə 5 min manat ödədi - Açıqlama

img

19-02-2015 [13:46]


Xalq artisti Nazpəri Dostəliyeva xalq artisti İlhamə Quliyevanın hesabına 5 min manat ödəyib.

Bunu AzNews.az-a müğənni İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib.

Vəkilin sözlərinə görə, N.Dostəliyeva İlhamə xanımdan necə üzr istəyəcəyi ilə bağlı mətni də artıq icraçıya təqdim edib: "Yerdə qalan 20 min manatın isə nə vaxt ödəniləcəyini hələ bilmirik. Bundan başqa məhkəmənin qərarı ilə Nazpəri xanım İlhamə xanımdan üzr də istəməlidir”.

Qeyd edək ki, İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmə son qoyub. Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir. Nazpəri Dostəliyeva Ali Məhkəmənin ona qarşı kəsdiyi 25 min manatın hissəli ödənişi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etsə də, bu şikayət təmin edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR