Bakı 2015 Avropa Oyunlarına daha bir rəsmi dəstək gəldi

img

18-02-2015 [18:24]


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Naxçıvan Avtomobil Zavodunun (NAZ) bu yay keçiriləcək ilk Avropa Oyunlarının Rəsmi Dəstəkçisi elan edildiyi sazişə imza atıb.

Saziş çərçivəsində, Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ Bakı 2015 avtomobil markası kateqoriyasında ölkədə müstəsna hüquqlara malik olacaq.

NAZ, həmçinin, ``Bakı 2015 Avropa Oyunlarının Rəsmi Avtomobili`` titulunu və Bakı 2015 Avropa Oyunları loqosundan Avropada və Çində istifadə edilməsi hüququnu Çinin avtomobil istehsalçısı olan Lifan şirkətinə ötürəcək və Oyunlar müddətində istismar məqsədilə 280 ədəd ‘‘Lifan’’ markalı avtomobillər təchiz edəcəkdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Hər bir irimiqyaslı beynəlxalq çoxsaylı idman yarışlarında işlərin maneəsiz şəkildə görülməsi üçün mükəmməl nəqliyyat vasitələrinin olması çox önəmlidir.”

"Azərbaycanın ən iri avtomobil istehsalçısı olan NAZ şirkətinin Bakı 2015 Avropa Oyunlarının Rəsmi Dəstəkçisi kimi görmək sevindirici haldır və mən əminəm ki, həm Naxçıvan Avtomobil Zavodu, həm də ‘‘Lifan’’ markalı avtomobillər bizim müştərilərimizə və maraqlı tərəflərə ən yaxşı şəkildə xidmət göstərəcəkdir.”

Yarışların keçirildiyi 12-28 iyun tarixlərində Milli Olimpiya Komitəsi üzvləri, KİV və Yayım işçiləri daxil olmaqla bir sıra müştərilərin daşınması üçün həmin 280 ədəd nəqliyyat vasitəsindən istifadə olunacaqdır.

NAZ-ın direktoru cənab Musa Abdullayev deyib: "Biz Bakı 2015 Avropa Oyunları ailəsinin bir üzvü olacağımıza və ölkəmizin tarixindəki ən iri idman yarışlarına dəstək verəcəyimizə görə fəxr edirik.”

"Lifan avtomobil şirkəti ilə yaxından çalışaraq, tarixə yazılacaq ilk Avropa Oyunlarının bütün müştərilərinə və maraqlı tərəflərə dünya səviyyəli xidmət göstərəcəyik.”

Müqavilənin bağlanması ilə Naxçıvan Avtomobil Zavodu (NAZ) McDonald’s Azerbaijan, Tickethour, Milla, Sitecore, Motorola Solutions, Azersun Holding və Bazarstore şirkətlərindən sonra Bakı 2015 Avropa Oyunlarının səkkizinci Rəsmi Dəstəkçisinə çevrildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub