Leyla Əliyeva - SƏN ELƏ GÖZƏLSƏN Kİ...

img

17-02-2015 [21:00]


Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib. "Sən elə gözəlsən ki…” adlı şeiri oxucuların ixtiyarına veririk.

Sən elə gözəlsən ki...
Almaz qaşlı üzük tək
İşıq saçır gözlərin...
Sən elə gözəlsən ki...
Can alır gözəlliyin...
De, insan da bu qədər,
Gözəl olar, ay mələk?!.

Ağlı başdan çıxarır,
Ruhu yandırıb yaxır
Alovlu baxışların...
Bir az insafın olsun,
Lap itirdim özümü... -
Sən olmasan, neynirəm? –
Fərqi yoxdur mənimçün
dan ağarsın, şər düşsün...

Qış kəsdirib qapını,
görən yoxsa ki, payız?
Vallah, heç fərqi yoxdur –
Hamısı mənə əziz...
Taleyimsə əl çəkmir:
Axı, nə istəyirsən?
Cavab verirəm: - Heç nə.
Bircə zəng etsin mənə.

İnan, səsin gələndə
Ürəyim də döyünmür.
Sən güləndə elə bil
zaman susquya dalır...
Telefonsa zəng çalmır...
Susur, elə hey susur...
İntizardan nəfəsim
Kəsilir, buza dönür...

Sən elə gözəlsən ki...
Gözəlsən deməyimə
bəlkə milyon səbəb var;
Bunu sən də bilirsən.
Sən hər şeydə gözəllik
Arayırsan, görürsən...
Sənçün ölümə məhkum
ən qəddar insan belə
Sevimlidir sevimli...

Yaxşı anlayıram mən...
Sən heç vaxt, heç bir zaman
Mənim olmayacaqsan...
Kimlərinsə üzünə,
Səndən əl çəkirəm mən!..
Amma bir xahişim var:
Yazığın gəlsin mənə -
Təkcə xəyallarından,
Arzu-diləklərindən
Silmə məni, əzizim...
SƏN ELƏ GÖZƏLSƏN Kİ...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu


Digər xəbərlər
SON XƏBƏRLƏR