Leyla Əliyevanın təşəbbüsü ilə - Tamaşa

img

16-02-2015 [14:47]


İrəvan Dövlət Dram Azərbaycan Teatrı yeni beynəlxalq layihəyə imza atıb.
Teatrın direktoru İftixar Piriyevin AZNEWS.AZ-a verdiyi məlumata görə layihə 16 fevral 2015-ci il tarixindən Leyla xanım Əliyevanın "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriləcək.

"Gürcü dramaturqu Nodar Dumbadzenin müharibə mövzusuna həsr olunan "Didro" əsəri tamaşaya qoyulacaq. Layihə Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi, Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə birgə həyata keçiriləcək”, - deyə İftixar Piriyev vurğulayıb.

Tamaşanı Tiflis teatrının aktyoru və rejissoru Turqay Vəlizadə hazırlayacaq. Tamaşada İrəvan Teatrının aktyoru Əhliman Ərşadlı və Tiflis teatrının aktyorları Aslan Məmmədov və Leyla Qasımova rol alıb. On gün müddətində hazırlanması nəzərdə tutulan layihənin premyerası 26 fevral tarixində gerçəkləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR