Xaləddin İsgəndərov spikerin qudasını hədəfə aldı - İcra başçıları üz-üzə gəldi

img

14-02-2015 [20:58]


Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra başçısı Xaləddin Isgəndərov rayonda neft şirkətinin ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarının olduğunu bildirib. Icra başçısı qeyd edib ki, sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib.

Xaləddin Isgəndərovun sözlərindən aydın olunur ki, bu evlər əvvəlki icra başçısı Alı Qocayevin dövründə inşa edilib.

Sirr deyil ki, həmin evlər icra hakimiyyətinin xəbəri olmadan inşa edilə bilməz. Deməli, bu məsələdə Alı Qocayev məsuliyyət daşıyır.

Alı Qocayev Milli Məclisin sədri Oqtay Əsədovun qudasıdır. Xaləddin Isgəndərov isə vergilər naziri Fazil Məmmədova yaxın şəxs sayılır. Bu məsələnin adçıkəilən şəxsləri üz-üzə gətirəcəyi şübhəsizdir. Hələ Rövnəq Abdullayev Binəqədidə ARDNŞ-ə məxsus torpaqlarda inşa edilən evlərin söküntüsünə başlayarkən baş verənlərə görə "yuxarılar”da Alı Qocayevi ittiham etdiyi və bu üzdən spikerlə münasibətlərində gərginlik yaradıldığı bildirilirdi(Azadliq.info).

Qeyd edək ki, Alı Qocayev hazırda Samux rayonunda icra başçısıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR