“Ermənistandan Bakıya 30-50 idmançı gələcək”- Nazir

img

14-02-2015 [15:28]


"Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün Ermənistandan 30-50 arası idmançının gəlməsi gözlənilir”.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya paytaxtında "Bakı-2015” I Avropa Oyunlarına həsr olunan mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Jurnalistin erməni idmançıların təhlükəsizliyinin təminatı barədə sualını cavablandıran nazir qeyd edib ki, bütün idmançılar üçün ən yüksək səviyyədə təhlükəsizlik şəraiti təmin olunan Olimpiya kəndi yaradılıb: "Ona görə də hər hansı əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac görülmir”.

Avropa Oyunlarının açılış mərasiminə hansı xarici dövlət başçılarının dəvət olunması ilə bağlı suala cavab verən A. Rəhimov bildirib ki, indiyə kimi Lüksemburq və Monako knyazları tədbirin açılışında iştirak edəcəklərini təsdiqləyiblər: "Ümumilikdə 20-yə yaxın xarici dövlət başçısının iştirakı gözlənilir”


Digər xəbərlər
SON XƏBƏRLƏR