Mingəçevir Teatrı qastroldan qayıdıb

img

11-02-2015 [14:27]


Mingəçevir Dövlət Dram Teatrı bu günlərdə Zərdab rayonunda qastrol səfərdə olub.

Heyət teatrsevərlər qarşısında 2 tamaşa ilə cixiş etdi. Balaca tamaşaçılara A.Şaiqin " Tıq-tıq xanim" tamaşasını təqdim edən Mingəçevir Teatrı şəhər ictimaiyyətini üçün Ü.Hacıbəylinin "Ər və arvad" tamaşası ilə sevindirdi.

"Tıq-tıq xanım" tamaşasındakı rəngarənglik ,şən musiqilər və ritmik rəqslər balaca tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Tamaşanın rejissoru Azərbaycanın Xalq Artisri Ağaxan Salmanlı dostluqda sədaqətli olmaq ideyasını yüksək rejissor ustalığı ilə balacalara aşılamağa nail olmuşdu.

Daha sonra yaradıcı heyət Ü. Hacıəbəylinin " Ər və arvad" musiqili komediyasını yüksək rəğbət və alqışlarla tamaşaçılara təqdim etdi.

Onu da qeyd edək ki,bu tamaşa ilə Mingəçevir Teatrı I Şəki Beynəlxalq Teatr Festifalının uğurlu iştirakçısı olmuşdur.Teatr Festifalda " Ər və arvad" tamaşsına görə Mədəniyyət və Turizm Nazirliyinin və Şəki İcra Hakimiyyətinin fəxri diplomları və xatirə hədiyyələri ilə təltif edilmişdir.

"Ər və arvad" tamaşasının rejissoru Xalq Artisti Vaqif Əsədovun baş rolları gənc aktyorlar Fəridə Məmmədovaya və Hüseyn Mustafayevə həvalə etməsi onlarda özünə inam və məsuliyyət hissinin formalaşmasına zəmin yaradır.

Bundan başqa adı çəkilən tamaşada teatrın aparıcı səhnə ustası Afət Əliyeva, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, gənc aktyorlardan Paşa Salmanov,Ceyhun Əhmədov,Firuz Hacıyev,Amil Fərzəliyev və Leyla Cavadova da rol almışlar .

Səhnə əsəri klassika ilə müasirliyin sintezi şəklində qurulmuşdur. Bu məqam da tamaşanın daha da baxımlı olmasına səbəb yardırdı.

Tamaşadan sonra yaradıcı kollektivlə görüşən Zərdab Rayon İcra Hakimiyyətinin Nümayəndələri 10. 02. 2015-ci il tarixində Zərdab rayonunda əsil teatr bayramı yaşandığını qetd edərək, tamaşalar haqqında müsbət fikir söylədilər. Kollektivə uğurlar və sonsuz tamaşaçı alqışı arzuladılar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub