Harın məmur övladları ilə bağlı qorxunc statistika- FOTOLAR

img

11-02-2015 [12:56]


Məmur balalarının qudurğanlığı bütün əndazələri aşmaqdadır. Azərbaycan prezidentinin müşavirələrin birində sərt çıxışı da, deyəsən, ibrət dərsi olmayıb. Vəzifəli şəxslərin övladları hələ də bu əməllərini davam etdirməkdədir. Əslində onlar qorxunc bir statistikaya nəzər yetirəndə nəticə çıxarmalı idi. Çünki onlarla ailənin faciəsinə səbəb olublar. Amma belə görünür ki, məmur balalarının özbaşına hərəkətləri davamlı olacaq.


Bu günədək xırda istisnalarla heç bir vəzifəli şəxsin övladı qudurğan hərəkətinə görə cəzalandırılmayıb. Xüsusilə də onlar bahalı maşınlarda törətdiyi qəzalarla ad çıxarıblar. Son olaraq isə deputat Ayaz Orucovun oğlunun adı avtoxuliqanlıqda hallandı.

Deputat isə yayılan xəbəri təkzib edərək bu informasiyanı dərc edən medianı məhkəmə ilə hədələdi:"Bu, yalan məlumatdır. Oğlumu yol polisi nəyə görə saxlamalıdır? Əslində polisin qanun pozan hər bir şəxsi saxlamaq hüququ var, amma mənim oğlumla bağlı deyilənlər tamamilə yanlış məlumatdır”. O qeyd edib ki, oğlu İsmayıl Orucov ümumiyyətlə içki qəbul etmir.

Yada salaq ki, bir müddət əvvəl "Nissan Juke” markalı avtomobildə olan Aynurə Cəfərova "Yeni Müsavat” qəzetinə açıqlamasında deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun rəfiqəsi Ramilə Süleymanovanın avtomobilinə atəş açdığını bildirib. Onun atası Novruz Cəfərov da eyni iddia ilə çıxış edib. Amma məmur övladlarının qudurğanlığı təkcə bununla məhdudlaşırmı? - Əsla.

Arxivə baxmaq kifayətdir ki, bu siyahıda kimlərin olduğunu xatırlayasan. Belə ki, Quba bələdiyyəsinin sədri Elxan Əliyevin oğlu, 26 yaşlı Bəhram Əliyev "Mercedes Galandewagen” markalı avtomobillə 45 yaşlı kişini vurub. Zərərçəkən hadisə yerində ölüb.

"Qaçqınkom”un Ağdam şöbəsinin müdiri Qabil İbadovun oğlu "Mercedes Galandewagen” markalı avtomobillə avtoşluq edərkən "KamAZ”la toqquşub.Zərərçəkən yüngül xəsarət alıb.

Kürdəmir Rayon Polis İdarəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Sadıqzadənin oğlu, 16 yaşlı Sadıqzadə Rahim "Hyundai Santafe” markalı avtomobillə 65 yaşlı qadını vurub öldürüb.


Quba oliqarxlarından biri, UPF təşkilatının sülhməramlı səfiri Abbas Zeynalovun oğlu, 19 yaşlı Əbil Zeynalov "Mercedes Galandewagen” markalı avtomobillə 13 yaşlı qızı vurub öldürüb.
Tərtər rayonu icra başçısının müavini Vidadi Bəylərovun 15 yaşlı oğlu Elxan Bəylərli bir gənclə avtoxuliqanlıq edərkən gəncin maşını aşıb və həlak olub. Atası vəzifəsindən çıxarılıb. Bərdə şəhərinin icra nümayəndəsi Əli Fərzəliyevin avtoxuliqan kimi tanınan oğlu "Mercedes Galandewagen” markalı avtomobillə aftoşluq edərkən qəza törədib və nəticədə sürücülər xəsarət alıblar.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu, 38 yaşlı Xalid Mədətov "Mercedes Galandewagen” markalı avtomobillə tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olub.Atası vəzifədən kənarlaşdırılıb, oğul həbs olunub.


Deputat Elton Məmmədovun oğlu Aynar Zığ yolunda avtoxuliqanlıqla ad çıxarıb.Səbayel rayon icra başçısı Asif Əsgərlinin oğlu İlhamın sentyabrın 27-də Türkan qəsəbəsində törətdiyi qəzada 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. Sənan "McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğludur. Həmçinin deputat Hüseynbala Mirələmovun qardaşı oğlunun "Min bir gecə” restoranında törətdiyi qətli də qeyd etmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR