Akif Səlimov dələduzluq edib? - Yeni iddia

img

10-02-2015 [17:08]


Dələduzluqda günahlandırılan bəstəkar-müğənni Arif Səlimov və qızlardan ibarət "İdeal" qrupunun rəhbəri Səbinə Rəcəbli barəsində polisə müraciət edilməyib.

ANS PRESS-in apardığımız araşdırmalarda məlum oldu ki, kifayət qədər tanınan şəxslərdən heç bir polis bölməsinə şikayət daxil olmayıb.

Adıçəkilən şəxslərdən şikayətçi olan Gülnarə Əliyeva onları dələduzluqda ittiham etsə də, hələ də gözləmə mövqeyində olduğunu bildirdi: "Mənə söz veriblər ki, pulu qaytaracaqlar. Hələ gözləyirəm, əgər bir nəticə olmasa, sözlərinə əməl etməsələr efirlərə çıxıb onları biabır edəcəm".

Arif Səlimov və Səbinə Rəcəbli ANS PRESS-ə açıqlamalarında Gülnarə Əliyevanın ittihamlarına tezliklə ətraflı şəkildə cavab verəcəklərini bildirdilər. 

Gülnarə Əliyeva şikayətçi olduğu Səbinə Rcəbli ilə Arif Səlimovun onu QHT adı ilə aldatdıqlarını deyir. Qadının sözlərinə görə, onun etibarından sui-istifadə edərək külli miqdarda ziyan vurublar. Guya hər iki şəxs QHT adı ilə qadına yaxınlaşıblar və xəstəsinin sağaldılmasında kömək edəcəklərinə söz veriblər. Təklifi qəbul edən G.Əliyeva xəstəsinin sağaldılması üçün onlara külli miqdarda pul verdiyini deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR