Aygünün şəcərəsi haqqında yeni fakt - VİDEO

img

09-02-2015 [06:18]


Xalq artisti Aygün Kazımova haqqında maraqlı faktlar ortaya çıxıb. 

Ötən gün ANS telekanalında yayımlanan "A-dan Z-yə" adlı şou proqramın qonağı olan sənətçi barədə verilişin yaradıcı heyyəti araşdırma apararaq xalq artistini 20 il sonra müəlliməsi ilə görüşdürüb.

Aygün Kazımovanın orta məktəb müəlliməsi Elmira Heydər qızı müğəninini unutqanlıqda qınayıb. 

"Aygün məni yada salmır, yanıma gəlmir. Hamı məndən soruşur ki, hanı Aygün? Darıxıram onun üçün, nigaranam. Hətta gecələr onunla yuxuda danışmışam. Həmişə verilişlər istəyirdilər, mən onun haqqında nə isə danışım, mən danışmamışam, amma indi sizə danışıram. Həsrətlə onu gözləyirəm. O, bilsin ki, həmişə onun arxasındayam və arxasında olacam". 

Studiyaya gələn Elmira Heydər qızını qucaqlayan və kövrələn A.Kazımova müəlliməsi haqqında bunları deyib: "Elmira Heydərovnanın mənim üzərimdə çox əziyyəti olub. Əvvəl qardaşımın müəlliməsi olub, sonra mənim sinif rəhbərim oldu. O müəllimdən əlavə olaraq mənə bir ana olub. Mənim üçün rus dilində gözəl mahnılar seçirdi. O, mənim nəzərimdə bütün müəllimlərin gözüdür, müəllimə deyəndə mənim ağlıma ilk olaraq Elmira xanım gəlir. Məni ilk dəfə efirə çıxaran da, elə ilk duet həmkarım da o olub".

Bundan əlavə olaraq qeyd edək ki, verilişin aparıcısı Zaur Nəbioğlu Kazımova ilə bağlı daha bir maraqlı fakt ortaya çıxarıb. İfaçının anası Fizzə xanımın seyid qızı olduğu bildirib. Müğənninin babasının dəfn olunduğu yer isə bu gün ziyarətgah, ocaqdır. Məlumatın doğru olduğunu deyən xalq artisti babasının dəfn olunduğu yerin Seyidlər kəndi olduğunu və bundan yalnız ona yaxın olan insanların xəbəri olmasını deyib: "Elə məsələlər var ki, müzakirə etmək düzgün deyil. Bilənlər bilir, amma mən bu barədə danışmaq istəməzdim"



Digər xəbərlər
SON XƏBƏRLƏR