Yazıçılar Birliyində daha bir qalmaqal - Məhkəmə savaşı başladı

img

07-02-2015 [17:45]


Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, mənzil komissiyasının sədri Rauf Aslanovla nəğməkar şair Ramiq Muxtar arasında məhkəmə savaşı yeni müstəviyə qədəm qoyub. 

Mia.az xəbər verir ki, tərəflər arasında şərəf və ləyaqətən bəhs edən məhkəmə çəkişməsi artıq Bakı Apellyasiya Məhkləməsində baxışa qəbul olunub:  

"Billdiyiniz kimi, Rauf Aslanov Rafiq muxtara qarşı Nərimanov rayon məhkəməsində iddia qalddırıb, onun mətubata ayrı-ayrı dövlət qurumlarına etdiyi şikayətdə təhqir olunduğunu bildirib. Bununla bağlı Nərimanov rayon Məhkəməsində iclas keçirilib. Hakim Abbas Əliyev Rauf Aslanovun Ramiq Muxtara qarşı şərəf və ləyaqətinin müdafiəsi, üzr istməsi, dəymiş mənəvi zərərin ödənilməsinə dair iddia tələbini qismən təmin edib. Yəni  Ramiq Muxtar təkzib verib, üzr istəməlidir. Ancaq bu qətnamə mübahisəyə son qoymayıb. Qətnamədən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub». 

Məlumata görə, şikayətə hakim İsmayıl Vəliyevin sədrliyi ilə fevralın 11- baxılacaq.

 Onu da qeyd edək ki, Ramiq Muxtar 1942-ci il, sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 11 yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez çap olunub. 

"Üfüqlər qızaranda", "Əlvida, köhnə dünya", "Doğma səmanın ulduzları" və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Qazax Dövlət Dram teatrlarında uğurla tamaşaya qoyulub. 

Nəğməkar şairin sözlərinə 120-dən artıq mahnı bəstələnib. Son 15 il ərzində respublikada keçirilən hərbi vətənpərvərlik mövzusundakı müsabiqələrdə onun sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR