Eldar Əzizovdan evdar qadınlara şok qadağa

img

28-01-2015 [22:58]


Sumqayıt şəhərində bundan sonra sakinlər paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcək.

Bu məqsədlə şəhər icra hakimiyyətində tədbirlər planı hazırlanıb. Artıq şəhər sakinlərinə də xəbərdarlıq edilib. Bildirilib ki, binaların qarşısındakı səkilərdə piyada gedərkən insanların başına su damcılayır. Ona görə, qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görüntüsünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur.

İlkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb.Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR