Peşəkar neftçidən nikbin açıqlama - narahatlığa əsas yoxdur!

img

28-01-2015 [22:29]


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünya bazarında neftin qiymətinin düşməsinə münasibət bildirib, narahatlıq üçün əsasın olmadığını söyləyib.

Tanınmış neftçi "Yeni Müsavat” qəzetinə müsahibəsində deyib ki, neftin qiymətinin düşməsi yaxşı hal deyil. Amma biz 1994-cü ildə "Əsrin müqaviləsi”ni imzalayanda neftin 1 bareli 16 dollar idi. Neftin qiymətinin artıb-azalması siyasi oyunların nəticəsidir. Mən həyatım boyu neftin qiymətinin qalxıb-düşməsini çox görmüşəm. İndiki düşmə müvəqqətidir, yenə də əvvəlki qiymət öz yerini tutacaq. Yəni, bunun üçün çox narahat olmaq lazım deyil. 

Əlbəttə, yaxşı olar ki, qiymət həmişə yüksəkdə qalsın, amma bu da mümkün məsələ deyil. Ola bilsin, dünyadakı proseslərin, bu qarmaqarışıqlığın təsiri var. Kimi dindirsən, bir ölkəni bəhanə edir, səbəb göstərir. Ancaq qiymət yenə yüksələ bilər.”

O, neftin ucuzlaşmasının Azərbaycana təsirindən də danışıb: "Qazandığımız vaxtlar olduğu kimi, təbii ki, itirdiyimiz vaxt da olacaq. Elə hesab etmirəm ki, biz burda çox itkilərə məruz qalacağıq. 

Müstəqilliyimizin ilk illərində bizim dünya bazarına çıxartmağa başqa bir məhsulumuz yox idi. Ona görə də o vaxtlar neft çox lazım idi. İndi neft öz işini gördü, respublikanı ayaq üstə qoydu. Bundan sonra digər sahələri inkişaf etdirmək lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR