KİV Fondu jurnalistlər üçün yeni MÜSABİQƏ elan etdi

img

28-01-2015 [21:00]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

Fonddan Mia.az-a verilən məlumata görə, müsabiqə 15 istiqamət üzrə müəyyənləşdirilib.

Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif edilən mövzularla eyni olmalıdır.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Yazılar yanvarın 28-dən martın 5-dək qəbul olunacaq.

Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək.

Müsabiqənin mükafat məbləği I yer üçün 500 manat, II yer (2 nəfər) üçün 400 manat, III yer (3 nəfər) üçün 300 manat müəyyənləşdirilib.

Yazı müsabiqəsi aşağıdakı istiqamətlər üzrə elan olunub:

İstiqamətin adı

1.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

2.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

3.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

4.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

5.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

6.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

7.

Azərbaycançılıq ideyasının təbliği

8.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

9.

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

10.

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

11.

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

12.

Ekologiya və ətraf mühitin mühafizəsi

13.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

14.

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

15.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi



Digər xəbərlər
SON XƏBƏRLƏR