Konqresmen Azərbaycanla bağlı bəyanat verdi

img

28-01-2015 [19:33]


ABŞ Konqresinin üzvü Madelin Bordallo yanvarın 26-da 20 Yanvar Faciəsinin 25-ci ildönümü münasibətilə ABŞ Konqresində bəyanat verib.

Bu barədə Mia.az Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.

Konqresmen 20 Yanvar hadisələrini keçmiş kommunist ölkələrindəki demokratik hərəkatların başlanğıcı kimi xarakterizə edib.

M.Bordallo 20 Yanvar 1990-cı il tarixi ərəfəsində Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət aldığını və bu hərəkatın qarşısını almaq məqsədilə çoxminli sovet qoşunlarının Bakıda kütləvi qətliam  törətdiyini vurğulayıb. Konqres üzvü bu hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsini daha da gücləndirdiyini və bu proseslərin Azərbaycanın müstəqilliyini qazanması ilə yekunlaşdığını bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR