Əflatun Amaşovla Umud Rəhimoğlu xəbər portalında! - FOTO

img

28-01-2015 [19:12]


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlu yenicə fəaliyyətə başlayan www.qaziler.az saytının ofisində olublar, kollektivlə görüşüblər. 

Yeni yaranan sayta uğurlar diləyən Ə.Amaşov  bildirib ki, bu ölkədə yaşayırıqsa, bu ölkə üçün canımızı şəhid ediriksə, məhz bu ölkənin problemlərini də həll etmək üçün çalışmalıyıq: "Mənə elə gəlir ki, bu saytın qayəsi də bununla bağlıdır. Eyni zamanda, saytın sırf Qazilərlə bağlı olması, Qazilərin cəmiyyətdə yeri, qanunvericiliklə onların fəaliyyətinin tənzimlənməsi, onlarla ayrı-ayrı qurumların arasında münasibətlərin qurulmasında faydalı olacaq. Çox təəssüf ki, əksər insanlar bunu bilmirlər. Qazilərin əksər hissəsi rayonlarda yaşayırlar. Onlar müntəzəm bir-biri ilə əlaqə saxlaya bilmirlər. Bəzi məqamlarda yerli icra strukturları ilə bağlı öz hüquqlarını da bilmirlər. Bu saytın yaranmasında əsas məsələlərdən biri Qazilər arasında həm hüquqi, həm də dövlətin bu sahədə apardığı siyasətlə, gördüyü işlərlə bağlı maariflənməni həyata keçirməkdir. Əsas missiya bundan ibarət olmalıdır. Qazilər özləri sosial və həssas bir təbəqədir. Onlarla başqa təbəqələrin arasında münasibətlərin qurulması və onları sonucda tam hüquqlu - bu istər fiziki cəhətdən olsun, istərsə hüququ baxımdan olsun - tam hüquqlu vətəndaş kimi yetişdirməkdən ibarətdir. Yəqin ki, saytın əsas qayəsi bundan ibarət olacaq. Digər tərəfdən, bu sayt istər-istəməz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə də ciddi yer verəcək. Birinci Qarabağ müharibəsi bitib, ikinci Qarabağ müharibəsi gözlənilir. Bu həssas məqam da yəqin ki, saytın nəzərindən yayınmayacaq”.

Ə.Amaşov sonda sayta öz təkliflərini də verdi: "Mən təklif edirəm ki, saytınızda interaktiv bir bölmə də yaradılsın. Qazilər də onları narahat edən suallarla bir başa sizə müraciət etsinlər və siz də o sualları cavablandırın. Digər tərəfdən, yaxşı olar ki, Qazilər öz müharibə xatirələrini yazıb sizə göndərsinlər. Hər yerdən müraciətlər olsun. Siz xalq üçün lazım olan işi görürsünüz”.

BAMF sədri Umud Rəhimoğlu da Qarabağ qazilərinin yeni yaranan saytı ilə bağlı öz ürək sözlərini söyləyib: "Müstəqil Azərbaycanımızın tərcümeyi-halında Qazilərin şərəfli bir həyat yolu var. Qazilər əslinə qalanda həm də cəmiyyətin əziz-xələf və həssas bir zümrəsidir. Bu zümrədən zaman-zaman bu və başqa şəkildə istifadə etməyə cəhdlər olur. Amma dövlətimizin qurulmasında, qorunmasında canını verən, sağlamlığını itirən bu insanlar həmişə dövlətin yanındadırlar, dövlətçiliyimiz dəstəkləyirlər. Bir çox hüquqlarını bilməməzlik üzündən bəzən problem yaşayırlar. Bu üzdən bu saytın olması çox önəmlidir və çoxlu problemlərin həllinə dəstək olacaq. Uğurlar olsun!”


Digər xəbərlər
SON XƏBƏRLƏR