Akademik Akif Əlizadə baş redaktor oldu

img

28-01-2015 [17:36]


Azərbaycan Respublikasında elmin informasiya təminatını inkişaf etdirmək, elmi ictimaiyyəti, elm və innovasiyalar sahəsindəki informasiya mübadiləsini gücləndirmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin müvafiq qərarına əsasən "AMEA-nın Xəbərləri. Elm və innovasiya seriyası” elmi jurnalın yeni tərkibi təsdiq edilib.

Akademiyanın Elmi İnnovasiyalar Mərkəzindən Mia.az-a verilən məlumata görə, nəşrin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın 21 tanınmış alimi jurnalın redaksiya heyətinin üzvüdür.

Elmi jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin iclasında təsdiq olunmuş "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilib.

"AMEA-nın Xəbərləri. Elm və innovasiya seriyası” elmi jurnalı üç ayda bir dəfə Azərbaycan, rus və ingilis dillərində nəşr olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR