General istefa ərizəsi yazıb?! - Mədət Quliyevlə bağlı şok iddia

img

28-01-2015 [17:08]


Bu gün «türmə»də atası naməlum uşaq dünyaya gətirən Lamiyə Quliyevanın müraciəti yayılıb.

L.Quliyeva deyir: "…İki il bundan əvvəl mənə qarşı ücüncü dəfə açılan cinayət işinin (bundan əvvəl Lamiyə Quliyevanın məhkumluğu bir dəfə 5 il 6 ay artırilmışdı – red.), ittihamın qarşısını Xətai rayon Məhkəməsi bəraət hökmü ilə dayandırdı… Lakin prokurorun apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi Xətai rayon Məhkəməsinin qərarını ləğv etdı və mənə daha 6 il 6 ay azadlıqdan mərhumetmə cəzası kəsdi… Apellyasiya məhkəməsi ilə bağlı mən Bakı İstintaq Təcridxanasında saxlanılırdım (2013-cü ildə. Red.) və o zaman orada istintaqı aparılan, həbsdə saxlanılan bir şəxslə öz istəyimlə görüşdüm. Həmin şəxs uşağımın atasıdır…».

Bu dəqiqələrdə redaksiyamıza daxil olan bir mötəbər məlumatda bildirilir ki, artıq Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən baş verənlərlə bağlı ciddi izahat tələb olunub və onun istefa ərizəsi yazması tələb edilib…

Mənbə onu da bildirdi ki, ümumiyyətlə, qanunvericilikdə təcridxanada, xüsusən də Bakı İstintaq Təcridxanasında müxtəlif cinslilərin bir yerdə saxlanılması qeyri-mümkün (qanunda) olduğu halda, Lamiyə Quliyevanın hansısa kişi məhbusla bir yerdə saxlanılması və sonra hamilə qalması mümkünsüz haldır. Bu, yalnız təcridxana rəisinin buna qanunsuz halda, hansısa kabinetdə baş verməsinə icazə verməsi halında mümkün ola bilər…. Bu da ağla batan versiya deyil. Lamiyə kim idi ki, bu baş versin: «…Bunlar bir daha o ehtimalı real edir ki, Lamiyənin hamiləliyi 4 saylı həbsxanada baş verib və keçmiş rəis M.Məmmədovun həyacanı onu deməyə əsas verir ki, bu hamiləlikdə şübhələr onun üzərindədir…».

Hazırda general Mədət Quliyevin istefaya razılıq verməsi məsələsinə aydınlıq gətirməyə çalışırıq.

Təzadlar»ın Araşdırma Qrupu 

Digər xəbərlər
SON XƏBƏRLƏR