Rusiya Avropanı parçalayır

img

28-01-2015 [16:51]


"The Foreign Policy” yazır ki, Yunanıstanda sol radikalların seçkidən qalib çıxması "Rusiya prezidenti Vladimir Putinə gözlənilməz uğur gətrə bilər, çünki sol radikalların qələbəsi Avropa daxili ziddiyyətləri daha daha da kəskinləşdirəcək, biz Moskvanın Ukraynada törətdiyi işğala Avropa ölkələrinin fərqli reaksiyasında bunun şahidi ola bilərik”. 

Avropa ölkələri xarici işlər nazirlərinin cümə axşamına nəzərdə tutulmuş toplantısında Rusiyaya yeni sanksiyaların tətbiqi müzakirə olunmalıdır. Toplantı mürəkkəb bir vaxtda keçirilir. Avropada siyasi baxımdan, Rusiyada isə iqtisadi baxımdan vəziyyət gərgindir. Avropa Birliyində xarici məsələlərə görə məsul olan Federiko Moqerinlə Avropa Şurasının sədri Donald Tuskun münasibətlərində Rusiya məsələsində mübahisəli məqamlar çoxdur. Yunanıstanda iqtidara Rusiyaya yaxın qüvvələrin gəlməsi isə vəziyyəti daha da pisləşdirəcək. 

Qəzet yazır ki, Rusiyanın Yunanıstanda iqtidara gələn yeni qüvvə ilə sıx münasibətləri var. Yeni seçilmiş baş nazir Aleksis Siprası ilk ziyarət edən də Rusiya səfiri olub. Nəticə özünü dərhal göstərib. Çərşənbə axşamı Yunanıstan Rusiyaya qarşı "növbəti təzyiqlədə” iştirakdan imtina edib. Görünən odur ki, Putin Avropanın daxilində mövcud olan ziddiyyətlərdən, bu ziddiyyətlər əsasən iqtisadi çətinliklərdən doğur, yararlanmaq istəyir. 

Əgər Putin Avropanın bir neçə zəif ölkəsini ələ ala bilsə, Avropanın Rusiyaya qarşı vahid cəbhədən çıxış etməsi mümkün olmayacaq. 

Nüfuzlu amerikalı ekspert Elizabet Rozenberq hesab edir ki, Rusiyaya tətbiq olunmuş sanksiyalar hələ bundan sonra daha effektli görünəcək. Yeni sanksiyalar olmadan da, Rusiya özünə gələ bilməyəcək. 

Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR