Sabahın hava proqnozu açıqlandı

img

28-01-2015 [15:40]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.

Yanvarın 29-da Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir

Digər xəbərlər
SON XƏBƏRLƏR