Polis və MTN-dən icra başçısı postuna üzanan yollar...

img

28-01-2015 [14:09]


Xəbər verildiyi kimi, Prezident İlham Əliyev dünən Yaşar Məmmədovu Ucraın icra başçısı postundan azad edərək, onu Quba rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.

Mia.az xəbər verir ki, yeni icra başçısının tərcümeyi-halında maraqlı detal var. Belə ki, Qubanın yeni icra başçısı da vaxtı ilə hüquq-mühafizə orqanlarında işləyib. Ucar rayonunda anadan olan və 2010-cu ildən həmin rayonda icra başçısı işləyən Y.Məmmədov siyasi post sayılan başçı vəzifəsinə qədər isə  Ağdaş rayon Polis Şöbəsinin rəisi olub.

Qeyd edək ki, polis, prokurorluq və MTN-dən icra başçısı postuna transfer olanlar az deyil. Elə az əvvəl Ağdam İcra Hakimiyyətinin başçısı təyin olunan Raqub Məmmədovun MTN-nin Tərtər tayon şöbəsinin rəisi işləməsi də belə deməyə əsas verir.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR