Zakir Həsənov Sloveniyaya gedəcək

img

28-01-2015 [13:43]


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Sloveniyaya gedəcək.

Bu barədə "Trend"-ə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib.

Diplomatın sözlərinə görə, səfər martın 11-13-də baş tutacaq. Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri sloveniyalı həmkarı Yanko Veberlə görüş keçirəcək: "Habelə Azərbaycan müdafiə nazirinin Sloveniyanın prezidenti və baş naziri ilə görüşü də planlaşdırılıb".

Görüşlərdə iki ölkənin hərbi əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR