Milli Məclisdən həkimlərə qadağa-DƏYİŞİKLİK

img

28-01-2015 [12:56]


Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslərin onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirməsi qanunla qadağan edilir.

Trend-in məlumatına görə, bu məsələ bu gün Milli Məclisin Sosial siyasət komitəsində müzakirə edilən "Əhalinin sağlamlığının qorunması haqqında” qanununa edilən dəyişiklərdə əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.

Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

Komitə sədri Hadı Rəcəbli qanuna edilən dəyişikliklərin vacibliyini qeyd edərək bildirib ki, bu, əhalinin sağlamlığının qorunması və gücləndirilməsi üçün nəzərdə tutulur: "Misal üçün, diş müalicəsi üçün lisenziya almış şəxs diş əməliyyatını da həyata keçirir. Qanuna edilmiş dəyişikliklər bu halları qadağan edir və həkim yalnız lisenziyasında göstərilmiş istiqamətlər üzrə fəaliyyət göstərə bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR